Füzulidə mina partladı - xəsarət alan var - FOTO
Füzulinin işğaldan azad olunmuş Seyid Əhmədli kəndində mülki şəxs minaya düşüb.
Redaktor.az xəbər verir ki, 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı "77-CB-134" dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb. Nəticədə sürücü V. Zülfüqarlı ağır bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.














