Vətən müharibəsi qazisinin evi yandı

 10:29 27.03.2022     748

Qəbələdə Vətən müharibəsi qazisinin evi yanaraq kül olub.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Əhmədağa Bağırov küçəsində qeydə alınıb.

Belə ki, Əliyev Xalis Vahid oğluna məxsus evdə gecə saatlarında yanğın baş verib. Yanğın nəticəsində üçotaqlı ev əşyaları ilə birgə külə dönüb.

Beş nəfərdən ibarət ailə müvəqqəti olaraq qohumlarının evində məskunlaşıb. Ailə evlərinin bərpası üçün aidiyyəti qurumlardan kömək istəyir.

Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı olan Xalis Əliyev, Prezident İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunub (qafqazinfo).

 



Vumart və Güvən reklamı Vumart Güvən