Lerikdə sürüşmə - bir ev torpaq altında qaldı - FOTO

 23:28 30.03.2022     991

Lerikdə torpaq sürüşməsi olub.

Redaktor.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.

Rayonun Lərmərud kəndində baş verən hadisə nəticəsində bir ev tamamilə torpaq altında qalıb.

Kənd sakini, 1959-cu il təvəllüdlü Nəbulla Məmmədhüseyn oğlu Baxşıyevə məxsus birmərtəbəli 4 otaqlı ev, şəxsi təsərrüfat, iribuynuzlu heyvanlar üçün tikilmiş tövlə, 4 baş qaramal və 4 baş buzov tamamilə torpaq altında qalıb.

Hadisə zamanı evdə olan N.Baxşıyev ilə həyat yoldaşı xoşbəxtlikdən xəsarət almayıb.

Onlar hazırda qohumlarının evlərinə yerləşiblər.

 



Vumart və Güvən reklamı Vumart Güvən