Ağdam sakini arxda boğulub öldü

 22:20 01.04.2022     450

Ağdamda 54 yaşlı kişi su arxında boğularaq ölüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Rzalar kəndində baş verib.

Kənd sakini Rzayev Əlyəddin İsa oğlu yaşadığı evin yaxınlığındakı əkin sahələrinin suvarılmasında istifadə olunan arxa yıxılıb.

Nəticədə, köməksiz vəziyyətdə qalan Ə.Rzayev boğularaq ölüb.

Yaxınlarının verdiyi məlumata görə, Ə.Rzayev fiziki qüsurlu olub.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən