Suyu kəsilən Ağdam sakini özünü DOĞRADI

 23:52 01.04.2022     417

Ağdam sakini yaşadığı qəsəbənin icra nümayəndəliyi qarşısında özünü doğrayıb.

Redaktor.az xəbər verir ki, hadisə bu gün rayonun məcburi köçkünlər yaşayan Dördyol-1 qəsəbəsində baş verib.

Borca görə suyu kəsilən qəsəbə sakini Əlizamanov Yunis Niyaz oğlu yerli icra nümayəndəliyinin qarşısında kəsici alətlə özünə xəsarət yetirib.

Hadisə yerinə yerli polis əməkdaşları və həkimlər cəlb edilib.

Y.Əlizamanova tibbi yardım göstərilib (apa.az).

Vumart və Güvən reklamı Vumart Güvən