Üç yaşlı uşağın burnunda şurup qaldı - FOTO
Azərbaycanda üç yaş yaşlı uşağın burnunda şurup qırığı qalıb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "Facebook" hesabında həkim Aydın Əliyev paylaşım edib.
“Üç yaşlı uşaq evdə şurup qırığını götürüb burnuna daxil edib, metal yad cisim burun-udlaqdan qida borusuna, oradan da mədəyə keçib. Mədənin metal yad cismi”, - deyə həkim qeyd edib.
Aydın Əliyev bildirib ki, uşaq hazırda həkimlərin müşahidəsi altındadır, daha sonra onun əməliyyat olunub-olunmayacağına dair qərar veriləcək.
"Körpə-anlaqsız uşaqların əlinin çatacağı yerlərə kiçik əşyalar qoymaq olmaz", - deyə həkim xəbərdarlıq edib.
Cavid İmaməliyev














