Manaf Ağayevin avtomobili qanunsuz saxlanılır? - DİN-dən açıqlama

 13:49 02.04.2022     2264

Daxili İşlər Nazirliyi Manaf Ağayevə məxsus “Mercedes” markalı avtomobilin qanunsuz olaraq cərimə meydançasında saxlanılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. 

Redaktor.az xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, vəkil Adəm Məmmədovun iddiaları əsassızdır:

“Adəm Məmmədovun iddiaları həqiqəti əks etdirmir. Avtomobil Manaf Ağayevin barəsində tətbiq olunmuş inzibati tənbeh tədbiri ödənildikdən dərhal sonra müğənniyə təhvil verilib”.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli isə bildirib ki, heç kimin avtomobili özbaşına saxlanıla bilməz:

“Qanuna əsasən, İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsas gətirilmədən heç kimin maşını alınıb, saxlanıla bilməz. Hər halda Manaf Ağayev özü daha yaxşı bilir ki, onun maşını haradadır. Bunu onun özündən soruşmaq lazımdır” (oxu.az).

 

Vumart və Güvən reklamı Vumart Güvən