Otlaq sahəsi üstündə 2 nəfər bıçaqlandı

 19:12 02.04.2022     471

Gədəbəydə otlaq sahəsi üstündə dava baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Düz Rəsullu kəndində qeydə alınıb.

1971-ci il təvəllüdlü Qurban Əhmədov kənd sakini 1984-cü il təvəllüdlü Zahir Bayramov və 1982-ci il təvəllüdlü Ədil Rzayevə atı hörüyə bağlamaq üçün istifadə edilən dəmir parçası ilə xəsarət yetirib.

Z.Bayramov yuxarı və aşağı ətrafların açıq yarası, Ə.Rzayev isə döş qəfəsinin deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən