Bakının mərkəzində güclü partlayışda ölən və yaralananlar var - VIDEO

 08:04 03.04.2022     838

Bakının mərkəzində güclü partlayış olub.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin mərkəzində Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda ("Room" klubunun qarşısında) baş verib.

TƏBİB- in yaydığı məlumatda qeyd edilir ki, 3 aprel 2022-ci il tarixdə obyektdə partlayış baş verməsi barədə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış saat 02:54-də daxil olub. 

Hadisə dağıntılara səbəb olub, mülki obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Partlayış habelə yanğınla nəticələnib.

Hüquq-mühafizə orqanları və  Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım dərhal hadisə yerinə cəlb ediliblər.

Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov da hadisə yerinə gəlib.

Partlayış nəticəsində bir nəfər ölüb. Çox sayda yaralı var. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılır.

Klubun martın 18-də fəaliyyətə başladığı qeyd edilir.

***

Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alanların bir qisminin adları məlum olub.

Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində fəaliyyət göstərən gecə klubunda qeydə alınan hadisə zamanı Fətullazadə Ayxan Eldar oğlu (2001-ci il təvəllüdlü), Aslan Quliyev, Cəfərov Rauf Rüfət oğlu, Əsədzadə Rufanə Mais qızı, Məhərrəmov Ramil Ayətşah oğlu (1987-ci il təvəllüdlü), Əliyeva Sultanə İlham qızı (1987-ci il təvəllüdlü), Əbdülrəhmanlı Tural Tariel oğlu (1990-cı il təvəllüdlü), Qurbanov Kamran Nəriman oğlu (1996-cı il təvəllüdlü), Bağırova Fəridə Faiq qızı (1989-cu il təvəllüdlü), Fərqanə Eynullayeva (1999), Gülbala Abdullayev, Ələkbərova Ləman Nəcəf qızı (2001), Samira Mahmudlu (1989), Fidan Hüseynova  xəsarət alıblar.

Yaralılar ayrı-ayrı xəstəxanalara yerləşdiriliblər.

 

 






Vumart və Güvən reklamı Vumart Güvən