Yaralılardan 6 nəfərin vəziyyəti ağırdır - RƏSMİ

 09:28 03.04.2022     426

Bu gecə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərin 6-sının vəziyyəti ağır, 12-sinin vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.

Redaktor.az xəbər verir ki, bu haqda TƏBİB açıqlama yayıb. Qeyd edilib ki, xəsarət alan digər şəxslər ambulator yardım alaraq buraxılıb.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov yaralılara baş çəkərək, onların vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Vumart və Güvən reklamı Vumart Güvən