Yaralananlar arasında əcnəbilər də var

 09:44 03.04.2022     438

Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti stabildir.

Seneqal vətəndaşı isə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir.

Vumart və Güvən reklamı Vumart Güvən