Partlayışda ölən qadın klubun əməkdaşıdır - RƏSMİ
"Partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir".
Redaktor.az xəbər verir ki, bu barədə Baş Ptokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, vəfat edən şəxs gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundovadır.
Rəsmi məlumata görə, hadisə nəticəsində 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir.













