“Hadisə qəsdən törədilib...” - Klubun "DJ"indən şok iddia
Xəbər verdiyimiz kimi, bu gecə Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib.
Redaktor.az xəbər verir ki, gecə klubunda "DJ"lik edən Rəşid (DJ Reed Russell) Musavat.com-a açıqlama verib.
O, iddia edib ki, hadisə qəsdən törədilib:
“Məkanda hər şey qaydasında olub və avadanlıqların heç birində nasazlıq olmayıb. Düşünürəm ki, gecə klubu qəsdən partladılıb”.













