Mingəçevirdə kütləvi ZƏHƏRLƏNMƏ
Mingəçevirdəki zəhərlənmə ilə bağlı açıqlama verilib.
Redaktor.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatına görə, zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmiş 16 nəfərdən 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Bildirilib ki, onlardan 11 nəfəri böyüklər, 5 nəfəri isə uşaqlardı.
Rəsmi məlumata görə, digər 2 nəfərin isə vəziyyəti stabildir:
"Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır".













