Güclü külək Bakıda 7 nəfəri xəstəxanalıq etdi

 15:29 04.04.2022     648

İndiyə olan son məlumata görə, Bakıda hava şəraiti ilə əlaqədar küləyin törətdiyi fəsad nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralananlar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanalara çatdırılıblar.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, xəsarət alanların ümumi vəziyyəti stabil olaraq qiymətləndirilir.

Xəsarət alanların hər biri qadındır. Onlara hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində tibbi yardım göstərilir.

Vumart və Güvən reklamı Vumart Güvən