Bakıda “KamAZ” uşağın ayağının üzərindən keçib, ayağı amputasiya olunub

 09:02 06.04.2022     401

Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində "KamaAZ” markalı yük avtomobili 2015-ci il təvəllüdlü Ə. H-nın sağ ayağının üzərindən keçib.

Ağır xəsarət alan azyaşlı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralı əməliyyat olunub, onun sağ ayağı baldır nahiyəsindən amputasiya olunub.

Hadisənin təfərrüatı araşdırılır (report).

Vumart və Güvən reklamı Vumart Güvən