Bakıda yaşlı qadın meyiti tapıldı ​​​​​​​

 19:49 08.04.2022     331

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Niyazova Zöhrə Qiyas qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Vumart və Güvən reklamı Vumart Güvən