Koronavirus xəstəsi metroda SAXLANILDI

 11:40 09.04.2022     1039

Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən aprelin 8-də ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi saxlanılıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşları saxlanılan Masallı rayon sakini R.Muradov ilə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb.

Məsələ ilə bağlı müvafiq səhiyyə qurumuna məlumat verilib.

Vumart və Güvən reklamı Vumart Güvən