“Location”da partlayışda xəsarət alanlardan biri də ÖLDÜ

 13:37 10.04.2022     627

"Location" gecə klubunda baş verən partlayışda xəsarət alanlardan daha biri nəfər vəfat edib.

Redaktor.az xəbər verir ki, Ayxan Fətullazadə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

TƏBİB-dən gəncin ölümünü saytımıza təsdiqləyiblər. Bildirilib ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.

Qeyd edək ki, Ayxanın da vəfatıyla klubda baş verən partlayışda ölənlərin sayı dördə çatıb. Ayxan sözügedən klubda ofisiant kimi çalışırdı.

 

Vumart və Güvən reklamı Vumart Güvən