Salyanda avtomobil aşdı - Ölən var

 19:47 11.04.2022     362

Salyanda ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının 53-cü kilometrliyində qeydə alınıb. "Hyundai" markalı avtomobilin aşması nəticəsində Masallı sakini, 1974-cü il təvəllüdlü Abıyeva Nigar Əlisa qızı ölüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən