Metroda qatar gözləyərkən öldü

 09:17 12.04.2022     323

Səhər saat təxminən 06:30-da yaşlı sərnişin "Əhmədli" metrostansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib.

Bu barədə Redaktor.az-a "Bakı Metropolteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O, qeyd edib ki, Bakı sakini, 1955-ci il təvəllüdlü Zülfəli Kazımov ürək tutmasından vəfat edib.

Hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya həkim çağırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən