5 yaşlı uşağı avtomobil vurdu
Zaqatalada 5 yaşlı uşağı avtomobil vurub. Hadisə günorta saatlarında rayonun Dağlı kəndində baş verib.
Redaktor.az xəbər verir ki, kənd sakini, 2017-ci il təvəllüdlü Tunar Surac oğlu Bayramov "Changan" markalı minik avtomobili tərəfindən vurulub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 yaşlı T.Bayramov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.













