Sərnişin avtobus sürücüsünə BIÇAQ ÇƏKDİ

 11:11 14.04.2022     304

Bakıda taksi sürücüsü hədələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə aprelin 13-də saat 7 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini N.Abdullayevin idarə etdiyi “Daewoo” markalı avtomobildə olan sərnişininin onu bıçaqla hədələyib 40 manat pulunu talaması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Əliyev müəyyən edilərək saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən