Siyəzəndə su kanalında batan şəxsin meyiti tapıldı

 21:22 15.04.2022     274

Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1989-cu il Müzəffərov Sənan Abdul oğlunun axtarışları başa çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

S.Müzəffərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 30 km aralıda tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Vumart və Güvən reklamı Vumart Güvən