Avtomobili su kanalına aşırıb CAN VERDİ

 17:31 16.04.2022     286

Bu gün Yevlax rayonunda ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Yevlaxdan keçən hissəsində “Vaz 2107” markalı avtomobil Yuxarı Qarabağ kanalına düşüb. Belə ki, idarəetmədən çıxan avtomobil körpüdən su kanalına aşıb. 

İlkin məlumata görə, sürücü suda batıb. Atomobildə digər şəxs və ya şəxslərin olması dəqiq bilinmir.
Ərazidə axtarışlara başlanılıb.

Əlavə məlumat veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən