Arvadının başını kəsib intihar etdi

 10:06 17.04.2022     284

Zaqatalada kişi arvadının boğazını kəsərək qətlə yetirib, sonra eyni üsulla özünü öldürüb. Rayon Prokurorluğu Çardaxlar kəndində baş verən qətllə bağlı məlumat yayıb. 

Redaktor.az xəbər verir ki, məlumatda deyilir: 

"Aprelin 17-si Zaqatala rayonu, Çardaxlar kəndi ərazisində 1985-ci il təvəllüdlü Qılman Həsənov və Xavər Həsənovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılan ilkin araşdırmalarla Xavər Həsənovanın əri Qılman Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Xavər Həsənovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra özünə həmin alətlə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. 

Qeyd edək ki, Zaqatalada əri tərəfindən boğazı kəsilərək qətlə yetirilən Xavər Həsənova müəllimdir.

O, rayon məktəblərindən birinin ibtidai sinfində dərs deyirmiş. 

 

 

Vumart və Güvən reklamı Vumart Güvən