Keçmiş nişanlısı tələbə qızı universitetin qarşısında bıçaqladı

 15:54 18.04.2022     355

Bu gün Sumqayıt Dövlət Universitetinin (SDU) qarşısında bıçaqlanma olub.

Redaktor.az xəbər verir ki, səhər saatlarında ali məktəbin tələbəsi A. Əliyeva universitetə gələrkən bıçaqlanıb.

Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, A.Əliyevaya 14 kəsilmiş-deşilmiş xəsarət yetirilib.

Hadisənin qızın xalası oğlu, həmçinin keçmiş nişanlısı olan şəxs tərəfindən törədildiyi bildirilir.

Araşdırmalar davam etdirilir (qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən