Masallıda 60 yaşlı kişi 12 yaşlı qızı zorlayıb?

 17:36 18.04.2022     598

Masallıda ata 12 yaşlı qızının 60 yaşlı qonşusu tərəfindən zorlandığını iddia edir. 

Bu barədə qızın atasının sosial şəbəkədə müraciəti paylaşılıb. O bildirib ki, hadisə yanvar və fevral aylarında uşaq evdə tək olarkən baş verib. Atanın sözlərinə görə, qonşu iki dəfə qızı zorlayıb və onu anası və qardaşını öldürməklə hədələyib ki, hadisəni heç kimə danışmasın. Ata hadisə ilə bağlı polisə və prokurorluğa müraciət etdiklərini bildirib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılsa da, cinayət işinin açılmasından imtina edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, sözügedən məsələ ilə bağlı imtina qərarı ləğv edilib: 

"Baş Prokurorluq tərəfindən qeyd edilən araşdırma materialı öyrənilməklə qəbul edilmiş qərar ləğv edilib və təkrar araşdırma aparılması üçün Masallı Rayon Polis Şöbəsinə göndərilib. Hazırda araşdırma davam edir".

Qeyd edək ki, 12 yaşlı uşağın atasının müraciətini tanınmış aparıcı Elgiz Əkbər sosial şəbəkədə paylaşıb.

Masallı rayonunda azyaşlının zorlanması faktı öz təsdiqini tapmayıb.

Bunu isə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev deyib.

O bildirib ki, sözügedən məsələ ilə bağlı fevral ayının 5-də azyaşlı qızın anası, rayonun Ərəb kəndinin sakini Ə.D. (ad, soy adı şərti) Masallı Rayon Polis Şöbəsinə müraciət edib:

"Dərhal müvafiq araşdırmalara başlanılıb. Təyin olunmuş məhkəmə-tibb, məhkəmə-psixoloji ekspertizaların rəyi, aparılan araşdırmanın nəticəsində fakt təsdiqini tapmayıb və cinayət əməlinin törədilməsini təsdiq edən xüsusatlar müəyyən edilməyib. Bundan başqa, qonşuluqda yaşayan tərəflər arasında gələcəkdə baş verə biləcək hər hansı bir qanunazidd hərəkətlərin qarşısının alınması məqsədilə həmin şəxslər münaqişəli ailə kimi qeydiyyata götürülüb".

Vumart və Güvən reklamı Vumart Güvən