Qonşuları yaşlı qadını və qızını döydülər

 22:45 18.04.2022     419

Gədəbəy rayonunda ana və qızı döyülərək ağır xəsarətlər alıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Talakənd kəndində qeydə alınıb. Kənd sakinləri, 1940-cı il təvəllüdlü H.Ələsgərova və onun qızı 1974-cü il təvəllüdlü Z.Ələsgərova döyülərək müxtəlif bədən xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

H.Ələsgərovanın xəsarətlərlə yanaşı qolunun da sındığı bildirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qızının durumu isə kafidir.

Xəsarətl alanlar bildirib ki, onlar qonşuları tərəfindən döyülərək xəsarət alıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən