Metroda problem yarandı, sərnişinlər təxliyə olundu

 09:28 20.04.2022     1073

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-İçərişəhər" xəttində hərəkət edən qatarın sonuncu vaqonunda pis qoxu olması səbəbindən sərnişinlər təxliyyə edilib.

Bunu Redaktor.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"Qatara baxış keçirilib, hər hansısa texniki problem aşkar olunmayıb. Lakin vaqonda qoxu qaldığından, sərnişinlərin rahatlığı üçün qatar boşaldılıb və depoya yola salınıb. Xəttə yeni qatar verilib. Qoxu aradan qaxdıqdan sonra həmin qatar da işini davam etdirəcək", - deyə o, qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən