Məktəblini maşın vurdu
Bakıda məktəbin qarşısında yeniyetməni avtomobil vurub.
Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
159 nömrəli tam orta məktəbin qarşısında yolu keçən 2012-ci il təvəllüdlü Quliyev Ayxan Amil oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.













