Qubadlıda mina partladı - ağır xəsarət alan var

 23:13 22.04.2022     781

Aprelin 22-si saat 18 radələrində Qubadlı rayonu ərazisində 1993-cü il təvəllüdlü Bəybala Nəsibovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə Qubadlı rayon prokurorluğundan bildirilib.

"Aparılmış araşdırmalarla Bəybala Nəsibovun rayonun Teymur Müskanlı kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır", - deyə açıqlamada deyilir.

Vumart və Güvən reklamı Vumart Güvən