Metroda nasazlıq yarandı, sərnişinlər qatardan düşürüldü

 13:14 23.04.2022     345

Bakıda metroda qatarda problem yaranıb.

Bu barədə Redaktor.az-a Bakı metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hadisə metronun "28 may" stansiyasında baş verib.

"Stansiyada qatarda nasazlıq yaranıb, sərnişinlər qatardan düşürülüb və təlimata uyğun olaraq stansiyaya əlavə qatar verilib.

Nasazlıq yaranan qatar "Həzi Aslanov" -" Dərnəgül xətti üzrə hərəkət edib. Hadisə nəticəsində stansiyada qatarlar arasında 12 dəqiqə interval yaranıb. Hazırda problem həll edilib və qatarların hərəkəti bərpa olunub",-B. Məmmədov deyib.

Vumart və Güvən reklamı Vumart Güvən