Camış sağıcı qadını ÖLDÜRDÜ

 03:45 24.04.2022     457

Salyanda 61 yaşlı qadın müəmmalı şəkildə ölüb.

Redaktor.az xəbər verir ki, hadisə bu gün səhər saat 6 radələrində rayonun Dayıkənd kəndində qeydə alınıb.

Məlumata görə, 61 yaşlı ev sahibəsi Nəzərova Göyçə Abasqulu qızı tövləyə camışları sağmağa gedib. G.Nəzərovanın uzun müddət geri qayıtmadığını görən yaxınları tövlədə onun meyitini aşkarlayıblar.

Yaşlı qadına camışın xəsarət yetirməsi  və ya beyninə qan sızdığı ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən