"Tarqovı"da yanğın oldu - VİDEO
Bakının mərkəzində yanğın hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, yanğın paytaxtın Nizami küçəsində olub.
Sözügedən küçədə yerləşən binalardan birinin dam örtüyü yanıb.
Əraziyə FHN-nin əməkdaşları cəlb edilib. Yanğının qarşısı alınıb.
Hazırda təhlükəsizlik tədbirləri görülür.













