Azərbaycanda kişi gəlininin üzərinə kimyəvi maddə tökərək yandırdı - VİDEO

 14:23 26.04.2022     401

Qayınata gəlinin üzərinə kimyəvi maddə tökərək yandırıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı ARB TV-nin efirində yayımlanan “Elgizlə İzlə” verilişində şikayətçi olan qadın məlumat verib.  

O bildirib ki, qızının qayınatası ailə münaqişəsi zəminində qızının üzərinə kimyəvi maddə töküb. Gəlinin yandığını görən qayınata onu evdən bayıra atıb. Hadisənin beş ay əvvəl baş verməsinə baxmayaraq, onlar polisə müraciət etməyiblər. İndi isə ağır vəziyyətdə olan gəlinə kömək edilməsi üçün yardım istəyirlər. 

Hadisənin Azərbaycanın hansı rayonunda baş verdiyi isə açıqlanmayıb.

Ətraflı videoda izləyin: