Bakı metrosunda 2 qız qatar yolu ilə tunelə qaçdı - YENİLƏNİB

Metroda qatar yoluna düşərək qaçan qızlar məktəbli olublar.
Redaktor.az xəbər verir ki, qızlar heç bir xəsarət almayıblar.
Onların hansı təhsil müəssisəsinin və neçənci sinif şagirdləri olduqları hələlik məlum deyil (oxu.az).
***
İki gənc qız "20 Yanvar" stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar.
Bu barədə Redaktor.az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
B.Məmmədovun sözlərinə görə, dərhal "20 Yanvar-İnşaatçılar" mənzilindən yüksək gərginlik çıxarılıb:
"Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə "20 Yanvar" stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub".
Qurum rəsmisi deyib ki, xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.