Bərdə sakini kanalda batdı

 19:07 27.04.2022     637

Yuxarı Qarabağ kanalında 24 yaşlı gənc batıb.

Redaktor.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, kanalın Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində 1998-ci il təvəllüdlü Orucov Elməddin Yusif oğlu batıb.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.