Belarus vətəndaşları Qazaxda dalaşdılar

 19:34 27.04.2022     758

Qazax rayonunda Belarusun 3 vətəndaşı arasında münaqişə olub.

Redaktor.az xəbər verir ki, hadisə Kür çayının qırağında qeydə alınıb.

Belarus vətəndaşları içki məclisində iştirak edən zaman aralarında mübahisə yaranıb. Bu zaman onlardan ikisi digərini döyərək müxtəlif xəsarətlər yetiriblər.

Xəsarət alan xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.