Qadına narkotik vasitə qəbul etdirib zibilliyə atdılar - VİDEO

 19:42 27.04.2022     786

Bərdədə zibillik ərazisindən halsız vəziyyətdə qadın tapılıb.

Redaktor.az xəbər verir ki, qadın hələlik adı məlum olmayan şəxslər tərəfindən zibilliyə atılıb.

İlkin məlumata əsasən, onu əraziyə atmamışdan əvvəl narkotik vasitə qəbul etdiriblər. Daha sonra ataraq gediblər. Qadın xəstəxanaya yerləşdirlib.

Hadisənin hansı zəmində baş verməsi araşdırılır (qafqazinfo.az).