Bərdədə zibillikdə tapılan qadınla bağlı AÇIQLAMA

 21:30 27.04.2022     1343

Daxili İşlər Nazirliyi (DİN) Bərdədə anlaqsız vəziyyətdə zibillikdən tapılan qadınla bağlı açıqlama yayıb.

Redaktor.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun məlumatına görə,  rayonun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə qadın tapılaraq dərhal xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub.

Hazırda qadının müalicəsi davam etdirilir.

 

Vumart və Güvən reklamı Vumart Güvən