Qəbələdə 23 yaşlı qız özünü güllələdi

 18:18 28.04.2022     654

Qəbələnin Nohurqışlaq kəndində intihar hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, bu dəfə 23 yaşlı qız canına qəsd edib.

Belə ki, 1999-cu il təvəllüdlü kənd sakini Aysun Ədilova yaşadığı ünvanda ov tüfəngindən ürək nahiyəsinə atəş açaraq intihar edib. Onun hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.