Avtobus sürücüsü sükan arxasında ÖLDÜ

 21:49 29.04.2022     1218

Gəncə şəhərində avtobus sürücüsü sükan arxasında ölüb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

9 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü İlqar Orucov özünü narahat hiss etdiyindən avtobusu saxlayıb. Sonradan onun sükan arxasında öldüyü məlum olub.

İlkin məlumata görə, sürücü infarkt keçirib. Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən