Naxçıvana uçan təyyarədə problem yarandı

Bakıdan Naxçıvana uçan təyyarə texniki səbəbdən geri qayıdıb.
Bu barədə Redaktor.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2253 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Təyyarə saat 12:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.