"İnterpol" bu azərbaycanlını SAXLADI

 15:22 30.04.2022     640

İnterpol xətti ilə beynəlxalq axtarışa verilən azərbaycanlı Rusiyada saxlanılıb.

Redaktor.az xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsi tərəfindən 1983-cü il təvəllüdlü Mütəllimov Loğman Gülağa oğlu çoxsaylı oğurluqlarda təqsirli bilindiyi üçün İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə axtarışa verilən həmin şəxs Rusiya Federasiyasının ərazisində saxlanılıb.

Onun ölkəyə ekstradisiyası üçü tədbirlər görülür.