Neftçala sakinini inəyi öldürdü

 17:30 30.04.2022     710

Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini 1959-cu il təvəllüdlü Rasim Paşayev bədbəxt hadis nəticəsində ölüb.

Redaktor.az-ın məlumatına görə, R. Paşayev yaşadığı evin həyətində baş nahiyəsindən aldığı xəsarətdən vəfat edib.

63 yaşlı kişinin meyiti gəlini tərəfindən aşkarlanıb. İlkin araşdırma zamanı R.Paşayevin inəyi sağmaq istəyərkən iribuynuzlu heyvanın hücumuna məruz qalması nəticəsində vəfat etdiyi müəyyənləşib.

Faktla bağlı araşdırmalar davam etdirilir.