Mikroavtobusla toqquşan "07"nin sürücüsü ÖLDÜ

 22:09 30.04.2022     967

Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, qəza rayonun Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb.

"VAZ-2107" ilə mikroavtobusun toqqusması nəticəsində “VAZ-2107”nin sürücüsü Cabir Qənbərov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.