Xudatda eyni gündə beş nəfəri it dişlədi

 20:05 01.05.2022     1084

Xaçmaz rayonunda biri azyaşlı olmaqla beş nəfəri sahibsiz it dişləyib.

Redaktor.az xəbər verir ki, hadisə Xudat şəhərində baş verib.

Belə ki, eyni gündə Xudat şəhərində Xaçmaz rayon sakinləri, 1991-ci il təvəllüdlü Kənan İslam oğlu Hümmətovu, 1965- ci təvəllüdlü Cavid Məhəmməd oğlu Şıxverdiyevi, 2013-cü il təvəllüdlü Rəsul Renat oğlu Mikayılovu, 1968-ci il təvəllüdlü Rovşən Əmirbaba oğlu Heybətovu və 1971-ci il təvəllüdlü Ramik Əlihüseyn oğlu Nəsirovu it dişləyib.

Rayon sakinləri bildiriblər ki, Xudat küçələrində gəzən quduz olduğu ehtimal olunan, boğazında xaltası olan ağ rəngli Qafqaz çoban itinin hucumuna məruz qalıblar.

Yaralılar hamısı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların hamısına lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurularaq yaraları tikilib.

Faktla bağlı araşdırma aparılır (report.az).