Gəncədə yeniyetməni bıçaqladılar

 22:28 01.05.2022     1776

Gəncə şəhərində gənc oğlan bıçaq xəsarəti alıb.

Redaktor.az xəbər verir ki, hadisə Gəncə şəhərində yerləşən parkların birində qeydə alınıb.

Belə ki, 17 yaşlı A.Abbasov mübahisə zəminində 2 bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələ ki məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.