Goranboy sakini intihar etdi
Goranboy rayon sakini özünü asaraq intihar edib.
Redaktor.az "report"a istinadla xəbər verir ki, hadisə Borsunlu kəndində qeydə alınıb.
Belə ki, Ramiz adlı şəxs özünü asaraq intihar edib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntiharın səbəbləri hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.













